Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” layihəsi çərçivəsində ədəbi-bədii kompozisiya hazırlayıb



Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Heydər Əliyev Sarayı “Nizami Xəzinəsindən” adlı layihəsi çərçivəsində ədəbi-bədii musiqili kompozisiya hazırlayıb.

Saraydan BrendSport.az-a bildirilib ki, layihədə gənc bəstəkar Saleh Nəzərovun Nizami Gəncəvinin sözlərinə yazdığı romanslar təqdim olunub. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, yeni romansları yaratmaqda məqsəd müasir istedadlı gənclərin bu layihəyə cəlb olunmasıdır. Romanslar Heydər Əliyev Sarayının nəzdində yaradılan “Perfect Troupe” gənc vokalçılar tərəfindən ifa edilib.







Facebook-da paylaş

Xəbəri paylaş