Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo daha bir təcavüz iddiası ilə üz-üzə



Son günlər təcavüz iddialarıyla gündəmə gələn “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun başı dərddən qurtulmur.

Xarici mətbuatda yayılan xəbərə görə, amerikalı Ketrin Mayorqun Ronaldo tərəfindən təcavüzə uğradığı iddiasının ardından, bir təcavüz iddiası da İngiltərədən gəlib. Adı açıqlanmayan qadın, portuqaliyalı futbolçu tərəfindən 2005-ci ildə təcavüzə uğradığını deyib. Polis tərəfindən aparılan araşdırmaların gedişində həmin gün qadını Londondakı oteldən evinə aparan “Limuzin” sürücüsü də danışdırılıb. Sürücü, “həmin gün qadın maşına minəndə Ronaldonun bədənini tərifləyirdi. Ronaldo kimi biriylə münaibət yaşadığı üçün çox xoşbəxt və həyəcanlı idi. Gələcəkdə Ronaldodan uşaq sahibi olmaq istədiyini deyirdi” deyib.

Polis bundan sonra araşdırmaları dayandırıb.

Ronaldo 2003-2009-cu illərdə İngiltərənin “Mançester Yunayted” klubunda forma geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş