Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərid Qayıbov ötən ay beynəlxalq turnirlərdə uğur qazanan idmançılarla görüşüb

Fərid Qayıbov ötən ay beynəlxalq turnirlərdə uğur qazanan idmançılarla görüşüb

Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, bu görüşlər ənənəvi olaraq hər ay keçirilir.
Tədbirdə Fərid Qayıbov qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb. Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.
Tədbirdə, həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, “Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş