Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İlin ən yaxşı idmançıları mükafatlandırılıb

İlin ən yaxşı idmançıları mükafatlandırılıb

Dekabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2019-cu il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.
Gənclər və İdman naziri Azad Rəhimov tədbirdə çıxış edərək 2019-cu ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir vurğulayıb ki, Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, kubok yarışlarında və beynəlxalq turnirlərdə 775 medal qazanıblar. Medallardan 327-si Olimpiya idman növlərinin payına düşür. İl ərzində ölkəmizdə bir sıra mühüm yarışlar keçirilib. Bakıda yüksək səviyyədə təşkil olunan XV Avropa Gənclər Olimpiya Festivalı möhtəşəmliyi ilə yadda qalıb. Bu yarışda 23 medal qazanan yığma komandamız ilk dəfə dördüncü yeri tutub. İdmançılarımız ikinci Avropa Oyunlarında 28 medal qazanıblar. İtaliyanın Neapol şəhərində keçirilən universiadada və bir sıra yarışlarda da çoxlu medallar qazanılıb.
A.Rəhimov, həmçinin diqqətə çatdırıb ki, cari ildə ölkəmizdə 233 respublika əhəmiyyətli yarış təşkil edilib. Təkcə Bakıda 60-dan çox beynəlxalq turnir keçirilib. Regionlarda idman tədbirlərinin keçirilməsi istiqamətində fəallıq artır. İdmançılarımız il ərzində 243 beynəlxalq yarışda iştirak ediblər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın cari ildəki çıxışlarını yüksək qiymətləndirib. Bu uğurların Azərbaycan dövlətinin idmana qayğısının təzahürü olduğunu vurğulayan Ç.Hüseynzadə deyib ki, gələn il idmançılarımızı ciddi sınaq gözləyir. Əsas hədəf Tokio Olimpiadasında uğurla çıxış etməkdir.
Sonra müxtəlif nominasiyalar üzrə 2019-cu ilin ən yaxşıları mükafatlandırılıb. “İlin ən yaxşı idmançısı” nominasiyasında Hacı Əliyev (sərbəst güləş), Rostislav Pevtsov (triatlon), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Mariya Stadnik (qadın güləşi), Milad Beigi Hərceqani (taekvondo), Rüstəm Orucov (cüdo), Zöhrə Ağamirova (bədii gimnastika), Elçin Əsədov (velosiped), Ramal Aslanov (kikboksinq), Aynur Məmmədova (parataekvondo) mükafatlandırılıblar. Ziyad Xəlfəyev (atletika), Rəşad Əhmədov (taekvondo), Əkbər Muradov (güllə atıcılığı) “Ən yaxşı məşqçi”, Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cüdo), Asif Şirəliyev (güləş) isə “Ən yaxşı hakim” adlarına layiq görülüblər. İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyası mükafatlandırılıb. Azərbaycan Cüdo Federasiyası isə ilin ən yaxşı federasiyası mükafatına layiq görülüb. Şahmat üzrə qadınlardan ibarət yığmamız isə “İlin ən yaxşı komandası” seçilib.
Tədbirdə, həmçinin ilin ən yaxşı idman qurğuları, idman təşkilatları, ən fəal idman veteranı, idman həkimi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri də təltif olunublar.


Facebook-da paylaş

Xəbəri paylaş