Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azad Rəhimov UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib



Rusiya Federasiyasının Krasnoyarsk şəhərində “XXIX Qış Universiadası 2019” çərçivəsində UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, UNESCO-nun baş direktorunun müavini Nada Al-Naşif, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov və digər rəsmilər də toplantıya qatılıblar.

Tədbirdə çıxış edən Azad Rəhimov bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycanın sosial siyasətində mühüm istiqamətlərdəndir. Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət ayırır. Azərbaycanın son illərdə birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, dünya və Avropa çempionatlarına və digər mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən Azad Rəhimov ölkəmizdə Kazan Bəyannaməsi, xüsusilə “Hərəkat 2: dayanıqlı inkişaf” üzrə əsas məqsədlərə nail olunmasına, fiziki tərbiyənin və idmanın inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

Nazir deyib: “Son iki ildə Azərbaycanda bədən tərbiyəsi və idman sahələrində təhsilin inkişafı üçün mühüm işlər görülüb. 2017-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr səviyyəsində “Məşqçi” (seçilmiş idman növü üzrə), “Bədən tərbiyəsi üzrə müəllim”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” üzrə dörd yeni ixtisas dərəcəsi, eyni zamanda, magistratura səviyyəsində ingilis dilində “Tibbi idman və reabilitasiya”, “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisasları açılıb. Bu ixtisaslar yerli və London Kollec Universitetinin (UCL) əcnəbi mütəxəssisləri tərəfindən yüksək səviyyədə tədris edilir”.

Nəzəriyyənin təcrübədə tətbiqi istiqamətində uğurlu addımların atıldığını bildirən nazir Kazan Bəyannaməsindən irəli gələn digər müddəaların - idmanın bütövlüyü, qadın, uşaq və gənclərin idmana cəlb olunmasının uğurla həyata keçirilməsindən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013-2020-ci illər üzrə Milli Strategiyanın icrasından danışıb. Azad Rəhimov, həmçinin Gənclər və İdman Nazirliyinin 2018-ci ildən Avropa Şurasının və Avropa İttifaqının “Hamı birlikdə - idmanda gender bərabərliyinə nail olunması” proqramına qoşulduğunu vurğulayıb və bu istiqamətdə görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.


Facebook-da paylaş