Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



AFFA-nın İntizam Komitəsinin iclası keçirilib



Noyabrın 27-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

BrendSport.az Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının 12-ci turunda baş vermiş bir neçə qayda pozuntularına görə cərimələr tətbiq olunub.

“Sumqayıt” matçında “Zirə” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb və klub 800 manat cərimə olunub.

“Keşlə”–“Qəbələ” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Səbail”–“Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.


Facebook-da paylaş