Əsas Səhifə > Manşet > AFFA-nın İntizam Komitəsinin iclası keçirilib
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib27-11-2018, 19:00 |
Noyabrın 27-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. BrendSport.az Peşəkar Futbol Federasiyasına istinadla xəbər verir ki, iclasda Azərbaycan çempionatının 12-ci turunda baş vermiş bir neçə qayda pozuntularına görə cərimələr tətbiq olunub. “Sumqayıt” matçında “Zirə” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb və klub 800 manat cərimə olunub. “Keşlə”–“Qəbələ” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. “Səbail”–“Neftçi” oyununda meydan sahiblərinin futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Geri qayıt |