Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Stolüstü tennisçilərimiz Riqada üç medal qazanıblar

Stolüstü tennisçilərimiz Riqada üç medal qazanıblar
Latviyanın paytaxtı Riqada keçirilən stolüstü tennis üzrə beynəlxalq turnirdə 2007-ci il təvəllüdlü və aşağı yaş qrupları üzrə idmançıların çıxışları başa çatıb.
BrendSport.az xəbər verir ki, Azərbaycanı oğlanların yarışında təmsil edən Adil Əhmədzadə gümüş, Hüseyn Eylazov isə bürünc medallara sahib olublar. Qızların yarışında isə Arzu Aslanova bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer Adalarından olan idmançılar mübarizə aparırlar.
Digər yaş qrupları üzrə yarışlar fevralın 17-dək davam edəcək.


Facebook-da paylaş