Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycanda II Robot Olimpiadası keçiriləcək



6 oktyabr 2018-ci il tarixi saat 12.00-da Bakı İdman Sarayında (Azneft dairəsi) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda II Robot Olimpiadası keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın BrendSport.az saytına verdiyi məlumata görə, 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edən yarışlarda 20 təhsil müəssisəsindən 54 komanda iştirak edəcək. Yarışlar 4 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçmişdir.

Ölkəmizdə gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində 7 oktyabr 2017-ci il tarixdə ilk dəfə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Robot Olimpiadası keçirilmişdir. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta Rikada keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə etmiş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Robot Olimpiadasının finalına qatılmışdır. İlk dəfə iştirak etmələrinə baxmayaraq gənclərimiz ölkəmizi layiqincə təmsil etmiş, komandalarımız 71 ölkə arasında 17-ci pillədə qərarlaşmışdır.

Xatırladaq ki, 2017-ci ilin sonunda Azərbaycan Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilmişdir.


Facebook-da paylaş