Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib

Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turu keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov” - “Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” komandası yenə qələbəyə sevinib. Komanda rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.
Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.
Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. Doqquz xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.


Facebook-da paylaş

Xəbəri paylaş