Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qəbələdə gənclərlə işləyən əməkdaşlar üçün sosial mediadan səmərəli istifadəyə dair zona üzrə təlim kursu keçirilib



BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, 06-07 avqust 2021-ci il tarixlərdə Qəbələ rayonunda Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarının Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.

Təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlındıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, müxtəlif proqramlarda işləmək bacarıqları təkmilləşdirilib.

Təlimlər vasitəsilə zonlar üzrə bütün rayon və şəhərlərin Gənclər və İdman İdarələrinin və Gənclər Evlərinin əhatə edilməsi nəzərdə tutulub.










Facebook-da paylaş

Xəbəri paylaş