Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan gənclərinin sevimli dostu




Bu gün bütün fəaliyyəti ilə Azərbaycan gənclərinin bir nömrəli dostuna çevrilmiş, nümunəvi idarəçiliyi ilə seçilən və örnək bir insan kimi sevilən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib.

2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – "Komandor xaç” ordeni ilə təltif edilib.

2014-cü ildə "Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və "Mehriban” adlı kitabı çap edilib. "Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

Biz də BrendSport.az saytı olaraq Anar müəllimi təbrik edir, uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Facebook-da paylaş