Faydalı saytlar


Reklam



Erkən nikah və narkomaniyanın profilaktikası məqsədi ilə tədbir keçirildi



BrendSport.az Gənclər Şöbəsi xəbər verir ki, 27 fevral 2019-сu il tarixdə Salyan rayon Qardili kənd tam orta məktəbdə Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Polis Şöbəsi və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında erkən nikah və narkomaniyanın profilaktikası məqsədi ilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Salyan rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyev rayonda yeniyetmə və gənclər arasında narkomaniya kimi zərərli vərdişlərin qarşısının alınması istiqamətində görülən işlərdən söz açdı. Bildirdi ki, narkomaniya və zərərli vərdişlərə olan meyillərin artması gənclərin sağlam həyat tərzi üçün təhlükə törədir. Beynəlxalq ekspertlərin fikrilərinə görə, narkotik asılılığı insan şəxsiyyətini əhəmiyyətli şəkildə pozaraq, onun mənəvi aləminin tükənməsinə səbəb olur.
Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, bu gün bəşəriyyətin ağ ölümü adlandırılan narkomaniya və erkən nikah kimi böyük bəlalar hesab edilən bu mühüm problemlərlə bütün dünya mübarizə aparır. Son illər ölkə miqyasında, o cümlədən də rayonda narkomaniya və erkən nigaha qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alır, bu istiqamətdə daha ciddi addımlar atılır. Bu tədbirlər yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq və eyni zamanda erkən nikahın yaratdığı problemlər barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyəti başçısı aparatınınictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev narkomaniya və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılması və bu istiqamət yeniyetmə və gənclər arasında maarifləndirmə işinin geniş miqyas almasının vacibliyini vurğuladı. Qeyd etdi ki maarifləndirmə işində müəllimlərin, gənclərin, habelə, valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyət düşür.
Tədbirin sonun iştirakçıları maraqlandıran suallar cavablandırıldı, maarifləndirici videoçarx nümayiş etdirildi.


Facebook-da paylaş