Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



BDU: Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələri başa çatır

BDU: Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələri başa çatır
Bakı Dövlət Universitetinin (BDU) tələbə və əməkdaşlar üçün elan etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqalə və esse müsabiqələri bu gün başa çatır.
BrendSport.az
saytının Gənclər Şöbəsi xəbər verir ki., Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsinə təqdim edilən məqalələr aprelin 27-dək saat 17.00-dək İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun əməkdaşları iştirak edə bilərlər.
Təqdim olunmuş məqalələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.
Qaliblərə diplom və pul mükafatı veriləcək: I yer - 1500 manat; II yer - 1000 manat; III yer - 700 manat.
BDU-nun tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsinə təqdim edilən esselər aprelin 27-dək saat 17.00-dək İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.
Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4 formatda, Arial şrifti, 12 ölçüdə və intervalı 1,5) olmalıdır.
Müsabiqədə yalnız BDU-nun bakalavr, magistrant və doktorantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplom və pul mükafatı veriləcək: I yer – 700 manat; II yer – 500 manat; III yer – 300 manat.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media və “Bakı Universiteti” qəzetində yer alacaq.
Telefon: (+994 50) 408-84-89; e-mail: press-service@bsu.edu.az


Facebook-da paylaş

Xəbəri paylaş