Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Dünya çempionatı: Bu gün blits yarışları start götürəcək

Dünya çempionatı: Bu gün blits yarışları start götürəcək


Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir.
BrendSport.az
xəbər verir ki, bu gün – dekabrın 29-da blits yarışları start götürəcək. Belə ki, kişi şahmatçılar 12, qadın iştirakçılar isə 9 turda mübarizə aparacaqlar.
Çempionat çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçılarımızdan kişilərin yarışında 13 turdan 9 xal toplayan Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Məhəmməd Muradlı, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.
Qadınların yarışında isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal əldə edən şahmatçımız bu nəticə ilə 12-ci yeri tutub. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.
Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.


Facebook-da paylaş