Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bu gün Millətlər Liqasının ikinci turuna yekun vurulacaq




Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulacaq.

BrendSport.az xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan millisi sentyabrın 8-də səfərdə Kipr seçməsinin qonağı olacaq. Həmin görüş Bakı vaxtı ilə saat 22:34-də başlayacaq. İlk turda millimiz öz meydanında Lüksemburq yığmasına məğlub olub (2:1), Kipr isə səfərdə Monteneqro seçməsinə uduzub (0:2).

Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda oynanılacaq. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya seçmələri üz-üzə gələcəklər.

A Liqasının ikinci turunda Belçika yığması İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edəcək.

Turun digər qarşılaşmaları aşağıdakılardır:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya.

C liqası (1-ci qrup)

Kipr – AZƏRBAYCAN;

Lüksemburq – Monteneqro.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya;

Ermənistan – Estoniya.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn.


Facebook-da paylaş