Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Çempionlar Liqası: “Qarabağ” və APOEL oyunu yekunlaşıb



Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.

BrendSport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək. Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.


Facebook-da paylaş

Xəbəri paylaş