Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



KİV-lər: “Flamenqo” futbolçu Balotelliyə ildə 4 milyon avro təklif edir



Braziliyanın “Flamenqo” futbol klubu italiyalı hücumçu Mario Balotelliyə ildə 4 milyon avro həcmində məvacibin nəzərdə tutulduğu sazişi imzalamaq təklifi edib. Bu barədə xəbəri “qazeta.ru” saytı “La Gazzetta dello Sport” italyan qəzetinə istinadla yayıb.

BrendSport.az xəbər verir ki, mənbənin məlumatına görə, Braziliya klubu 28 yaşlı futbolçu ilə müqaviləni 2021-ci ilin sonunadək bağlamaq niyyətindədir.

Balotelli karyerası ərzində İtaliyanın “İnter” və “Milan”, İngiltərənin “Mançester Yunayted” və “Liverpul”, Fransanın “Nitsa” və “Marsel” komandalarını təmsil edib. O, “İnter”in heyətində üçqat İtaliya çempionu (2008, 2009, 2010), İtaliya Kubokun (2010) və Superkubokunun (2009), həmçinin Çempionlar Liqasının qalibi olub. Balotelli “Mançester Siti”də İngiltərə çempionatını (2012) və İngiltərə Kubokunu (2011) qazanıb. Ötən mövsümü “Nitsa” və “Marsel”də keçirən futbolçu ümumilikdə iştirak etdiyi 25 oyunda 8 dəfə fərqlənib və qolla nəticələnən bir ötürmə yerinə yetirib.

Balotelli İtaliya yığması uğrunda keçirdiyi 36 matçda 14 qolun müəllifidir. O, 2012-ci il Avropa çempionatının gümüş mükafatçısıdır.


Facebook-da paylaş

Xəbəri paylaş