Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



UEFA prezidenti ingilis futbolunda irqçilik meyillərindən narahatlığını bildirib

UEFA prezidenti ingilis futbolunda irqçilik meyillərindən narahatlığını bildirib

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin təşkilatın Romada keçirilən 43-cü Konqresinin yekunlarına dair mətbuat konfransında bildirib ki, ingilis futbolunda irqçilik meyillərindən narahatlıq keçirir.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, ötən il dekabrın əvvəlində İngiltərə premyer-liqasında Londonun “Arsenal” klubunun futbolçuları öz meydançasında paytaxtın “Totenhem” klubu üzərində qələbə qazanıblar. Görüş zamanı qonaqların azarkeşləri tribunadan “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerika Obameyanqanın üzərinə banan atıblar. Bir həftə sonra “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq Londonun “Çelsi” klubu ilə rəqib meydançasında keçirilən görüşdə irqçi mahiyyətli təhqirə məruz qalıb və bundan sonra İngiltərə premyer-liqasının rəhbərliyi bu cür hallarla bağlı məlumat verilməsi xahişi ilə müraciət edib.
Çeferin deyib: “İngilis futbolunda irqçilik təzahürlərinə gəldikdə, bu problem məni çox narahat edir. Bu problem təkcə İngiltərədə deyil, həm də İtaliyada mövcuddur. Bundan başqa, bəzi siyasətçilərin bu mürəkkəb məsələdə qızışdırıcı bəyanatları da məni narahat edir”.
UEFA prezidenti əlavə edib ki, Avropada bir çox siyasətçilər irqçiliklə mübarizədə təşkilata kömək etmirlər. “Siyasətə müdaxilə etmək istəmirəm, amma idman təşkilatları bu halla təkbaşına mübarizə aparmaq gücünə malik deyillər. Dövlət orqanları da bu işdə mühüm rol oynamalıdır. Gəlin, gələcəyə nikbinliklə baxaq”, deyə Çeferin sözlərinə yekun vurub.


Facebook-da paylaş