Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Türkiyə Superliqası: “Beşiktaş”dan səfərdə qol “yağış”ı



Fevralın 3-də futbol üzrə Türkiyə Superliqasının XX turunda "Beşiktaş" komandası səfərdə "Antalyaspor"la qarşılaşıb.

BrendSport.az xəbər verir ki, qonaqların üstünlüyü şəraitində keçən oyun İstanbul təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. "Beşiktaş"ın heyətində ilk hissədə qolları Adam Lyayiç (35), Doruxan Toköz (39) və Atiba Hatçinson (43) vurublar.

İkinci hissədə Süleyman Dukaranın vurduğu qol sayəsində meydan sahibləri hesab arasındakı fərqi azaldıblar. Lakin Antalya təmsilçisinin müdafiəçisi Saleh Dursun 67-ci dəqiqədə topu öz qapısından keçirərək komanda yoldaşlarını ruhdan salıb. Görüşün 82-ci və 84-cü dəqiqələrində “Beşiktaş”ın yeni transferi Şinci Kaqavanın daha iki dəfə fərqlənərək istanbulluların böyük hesablı qələbəsini rəsmiləşdirib. Meydan sahibləri yalnız 90-cı dəqiqədə “Beşiktaş”ı ikinci dəfə mərkəzə dəvət ediblər.

Beləliklə, bu qələbə sayəsində İstanbul təmsilçisi xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, hazırda "Başakşəhər" komandası 44 xalla çempionata başçılıq edir. Hesabında 36 xalı olan "Qalatasaray" ikinci pillədə qərarlaşıb.


Facebook-da paylaş