Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Yuventus” İtaliya kubokunun dörddəbir finalına yüksəlib

“Yuventus” İtaliya kubokunun dörddəbir finalına yüksəlib


Səfərdə “Bolonya” komandasına qalib gələn Turinin “Yuventus” klubu İtaliya kubokunun dörddəbir finalına yüksəlib
BrendSport.az xəbər verir ki, şənbə günü Balonyada keçirilən 1/8 final oyunu 2:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb. Qalib komandada Federiko Bernardeski (9-cu dəqiqə) və Moyze Ken (49-cu dəqiqə) fərqləniblər. “Yuventus” dörddəbir finalda “Atlanta”-“Kalyari” qarşılaşmasının qalibi ilə görüşəcək.
Hazırda İtaliya çempionatında 19 oyundan 53 xal toplayan “Yuventus” məğlubiyyətsizlik seriyasını davam etdirir. Kriştiano Ronaldonun komandası ən yaxın rəqibi “Napoli”ni 9 xal fərqi ilə qabaqlayır.”Balonya” turnir cədvəlinin 18-ci, “Atlanta” 8-ci, “Kalyari” isə 13-cü pilləsində qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş