Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



O, mövqeyinin ən yaxşı futbolçularından biridir - Qvardiola



“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının son turunda “Liverpul”a 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra açıqlama verib.

BrendSport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis çempionluq yarışı ilə bağlı danışıb:

“Onlarla aramızdakı fərq 10 xal olsaydı, geri dönüş etmək çox çətin olardı. Amma unutmamalıyıq ki, hələ də çempionatın lideri onlardır və biz 4 xal geridəyik. Mübarizə aparmağa davam edəcəyik”.

İspan mütəxəssis futbolçusu Serxio Aqueronun oyunu haqqında da danışıb:

“Aqueroya ehtiyacımız var. Mövqeyinin ən yaxşı futbolçularından biridir. İlk qolda topu onun kimi alıb, dönüb o zərbəni endirə biləcək çox az futbolçu var”.


Facebook-da paylaş

Xəbəri paylaş