Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Kriştiano Ronaldo “Qızıl top” mərasimində iştirak etməyəcək



Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo “France Football” jurnalının dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün keçirdiyi “Qızıl top” müsabiqəsinin qalibinin adının açıqlanması mərasimində iştirak etməyəcək.

BrendSport.az xəbər verir ki, portuqaliyalı hücumçunun bugünkü mərasimdə “Qızıl top”a sahib olmaq şansları az olduğu üçün futbolçu mərasimdə iştirak etməyəcək. Xarici KİV-lərin xəbərinə görə, “Qızıl top”un qalibi adına portuqaliyalının keçmiş komanda yoldaşı Luka Modriçin şansları daha yüksəkdir.

Qeyd edək ki, “Qızıl top”un sahibinin adı bu gün Bakı vaxtı ilə gecə saat 12-də açıqlanacaq. Mükafata əsas namizədlər Luka Modriçlə yanaşı, Antuan Qrizman (Fransa, “Atletiko Madrid”) və Kilyan Mbappedir (Fransa, “Paris Sen-Jermen”).

Mərasimdə, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc oyunçuya və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar.


Facebook-da paylaş