Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Dieqo Qodin “Milan” klubuna keçməyə razılıq verib



Madridin “Atletiko” klubunun mərkəz müdafiəçisi Dieqo Qodin “Milan”ın təklifini qəbul edərək, bu kluba transfer olunmağa razılıq verib.

BrendSport.az “Acmilanfan.ru”ya istinadla xəbər verir ki, uruqvaylı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. “Milan” 32 yaşlı futbolçunu heyətinə qatmaq üçün “Atletiko” ilə razılığa gəlib. Klub Qodinə iki il yarım müddətə müqavilə və hər mövsüm üçün 4 milyon avro məvacib təklif edib. Artıq futbolçunun razılığının alındığı bildirilir.

“Milan” zədə səbəbindən üç mərkəz müdafiəçisini – Mattia Kaldara, Mateo Musakkio və Alessio Romanolini itirib. Buna görə də klub rəhbərliyi komandanın heyətini gücləndirmək üçün müdafiəçi axtarışına başlayıb.


Facebook-da paylaş