Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Anri "Monako"ya baş məşqçi gətirilir?



Fransa millisinin sabiq üzvü Tyerri Anri "Monako"nu çalışdıra bilər. Xarici KİV-də yayılan xəbərə görə, knyazlıq klubunun rəhbərliyi hazırkı baş məşqçi Leonardo Jardimi bu həftənin sonuna kimi istefaya göndərməyi və bu vəzifəyə T.Anrini gətirməyi planlaşdırır. Artıq fransalı mütəxəssislə danışıqların başlanıldığı bildirilib.

Qeyd edək ki, T.Anri hazırda Belçika millisinin baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsində çalışır.

Xatırladaq ki, "Monako" Fransa Liqasında 9 turdan sonra cəmi 6 xalla 18-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş