Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"DÇ-2018": İsveçrədən əzmkar qələbə - YENİLƏNİR



Dünya çempionatında 2-ci turun oyunları davam edir. Bu gün E qrupunda 2, D qrupunda isə 1 görüş keçiriləcək.

E qrupunda mundialın favoritlərindən sayılsa da, ilk turda İsveçrəni uda bilməyən (1:1) Braziliya millisi 2-ci oyununda Kosta-Rikanı sınağa çəkib. Beşqat dünya çempionunun qrup sonuncusu ilə oyunun aşkar favoriti hesab etmək olardı. Ancaq Kosta-Rikanın yaxşı müdafisə Braziliya yığmasını çətinə saldı. Sıx müdafiə olunan şimali amerikalıların bütün cəhdlərinə baxmayaraq Braziliya yıöması 90-cı dəqiqədən sonru vurduğu 2 qolla qalib gəldi.

Qrupun digər matçında Serbiya və İsveçrə milliləri üz-üzə gəlib. İsveçrə ilk turda Brazliyadan xal almağı bacarmışdısa, serblər Kosta-Rikanı məğlub etmişdi. Ona görə də İsveçrə millsinə qələbə vacib idi. İlk hissədə geriyə düşən isveçrəlilər, ikinci hissəyə flrtına kimi başladılar və yekunda iki qol vurararq özləri üçün növbəti mərhələnin qapılarını açdılar.

D qrupunda isə Nigeriya İslandiya ilə qarşılaşıb. Bu oyunun nəticəsi daha maraqla gözlənilirdi. İslandiya qələbə qazanacağı təqdirdə Argentinanın qrupdan çıxmaq şansı xeyli azalacaqdı. Ancaq oyunu tam nəzarətdə saxlayan Nigeriya millisi Ahmad Musanın 2 qoluyla qələbə qazanaraq növbəti mərhələ şanslarını artırıblar.

22 iyun

DÇ-2018

II tur

E qrupu


16:00. Braziliya – Kosta-Rika - 1:0
Qol: Filipe Koutinyo, 90+1, Neymar, 90+7
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Sankt Peterburq. “Sankt Peterburq Stadionu”

22:00. Serbiya – İsveçrə 1:2
Qollar: Aleksandr Mitroviç, 6 (1:0) - Qranit Caaka, 52 (1:1), Şakiri, 90 (1:2)
Baş hakim: Feliks Brix (Almaniya)
Kalininqrad. “Kalininqrad Stadionu”



D qrupu

19:00. Nigeriya – İslandiya 2:0
Qollar: A. Musa, 49, 75
Baş hakim: Matt Konger (Yeni Zelandiya)
Volqoqrad. “Volqoqrad Arena”



Facebook-da paylaş

Xəbəri paylaş