Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın stolüstü tennisçisi beynəlxalq təlim-məşq toplanışına qatılacaq



Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

BrendSport.az
xəbər verir ki, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşayiəti ilə Avstriyanın Lints şəhərinə yollanıb.

Quluzadə fevralın 19-dək sözügedən ölkənin U-13 yığması ilə birgə hazırlıqda iştirak edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi idmançının ustalıq səviyyəsinin artırılmasıdır.

Qeyd edək ki, Onur Quluzadə müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.


Facebook-da paylaş

Xəbəri paylaş