Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Borussiya” Alkaseri buraxmaq istəmir



Dortmund “Borussiya”sı “Barselona”dan icarəyə götürdüyü Pako Alkaserlə uzunmüddətli müqavilə imzalamağa hazırlaşır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə Bundesliqa təmsilçisinin Alkaserlə razılıq əldə etdiyi bildirilib.

Yeni müqaviləyə əsasən, ispan forvard 2023-cü ilə qədər Dortmund “Borussiya”sında qalacaq. O, Almaniya klubunda illik 8 milyon avro qazanacaq.

Alkaser yay transfer dövründə “Barselona”dan “Borussiya”ya icarəyə verilmişdi. “Borussiya” mövsümün sonunda 23 milyon avroya Alkaserin transfer hüququna sahib ola bilər.

İspan hücumçu “Borussiya” forması ilə çıxdığı 4 qarşılaşmada 7 qol vurub.


Facebook-da paylaş

Xəbəri paylaş