Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Neymar etiraf etdi



“Simulyasiya etdiyimi düşünə bilərsiz. Əslində, bəzən doğrudan da simulyasiya edirəm. Həqiqət isə ondan ibarətdi ki, meydanda əziyyət çəkirəm”. ESPN-nin məlumatına görə, bu sözlər PSJ-nin hücumçusu Neymara məxsusdu.

Braziliyalı futbolçu haqqında simulyasiya etməsinə dair çıxan tənqidlərə cavab verib: “Bəzən insanları məmnun edirəm, bəzən isə etdiklərim narazılıqla qarşılanır. Daim içimdəki oğlan uşağını yaşatmağa çalışıram, ancaq bu, yaşıl meydanlara aid deyil. Düşünə bilərsiz ki, tez-tez yerə yıxılıram. Əslində isə bu, belə deyil. Sadəcə, artıq çökmüşəm. Bu isə topuq əməliyyatından sonra addım atmaqdan belə çətindi”.

Neymar son olaraq tənqidlərdən nəticə çıxardığını fikirlərinə əlavə edib: “Tənqidlərinizdən sonra güzgüdə özümə baxdım və yeni biri olmağa qərar verdim. Mən insan olaraq çökmüşəm. Bilin ki, ancaq yerə yıxılanlar yenidən ayağa qalxa bilirlər”.


Facebook-da paylaş

Xəbəri paylaş