Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"Qalatasaray" Balotellini almaq istəyir



Super Liqada çempionluğu rəsmiləşdirmək üzrə olan "Qalatasaray" gələcək planlarını həyata keçirmək üçün heyətə yeni oyunçular qatmaq istəyir.

Məşhur İtaliya qəzeti "Tuttosport" xəbər verir ki, İstanbul klubu "Nitsa"dan Mario Balotelli ilə maraqlanır.

Xəbərdə bildirilir ki, italiyalı ulduzu "Qalatasaray"la yanaşı, "İnter", "Napoli", ÇSKA (Moskva), "Marsel" və "Borussiya" (Dortmund) da istəyir.

Qeyd edək ki, Balotelli peşəkar karyerasına "İnter"də başlayıb. Milan klubu 2010-cu ildə onu 29,5 milyon avroya "Mançester Siti"yə satıb. 3 il sonra 20 milyon avroya "Milan"a transfer olunan hücumçu 2014-cü ildə eyni qiymətə "Liverpul"a transfer olunub. 2016-cı ildən "Nitsa"da çıxış edən 27 yaşlı futbolçu cari mövsümdə 37 rəsmi oyuna çıxaraq 26 qol vurub və 1 məhsuldar ötürmə edib.


Facebook-da paylaş