Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionu Prezidentin çağırışına səs verdi


4 qat Dünya və 7 qat Avropa çempionu, Dünya rekordçusu, respublikanın Əməkdar İdman ustası Vüqar Namazov da COVİD-19 yeni tipli koronavirusunun yayılması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında görülən tədbirləri dəstəkləyib.

BrendSport.az
saytı xəbər verir ki, Vüqar Namazov bizimyol.info saytına açıqlamasında əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən və tətbiq etdiyi cidfi karantin rejimi qaydalarına əməl etməyə, evdə qalmağa, infeksiyanın daha çox yayılmaması üçün şəxsi gigiyena və təhlükəsixlik tədbirləri görməyə çağırıb.

Vüqar Namazov Vüqar Namazov
Vüqar Namazov deyib ki, hazırda müəyyən edilmiş qaydalara uyğun olaraq Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində xidmətə çıxır, eyni zamanda özünün və idmançıların təhlükəsizliyini təmin etməklə məşqlərə və idmançıların yarışlara hazırlanmasına davam edir.

Xatırladaq ki, Əməkdar İdman Ustası, dəfələrlə Dünya və Avropa çempionu, Dünya rekordçusu Vüqar Namazov Azərbaycan Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanına, eləcə də, "Zəfər" yüksək idman nailiyyətləri mükafatına layiq görülüb.


Facebook-da paylaş

Xəbəri paylaş