Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Halal məhsul, sehirli dad


VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Azərbaycan batutçusu: Bakıda keçiriləcək dünya kubokuna ən güclü gimnastlar gələcəklər



Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına ən güclü gimnastlar gələcək.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan batutçusu İlya Qrişunin deyib.

O bildirib ki, aldığı zədədən sonra məşqlər çətin keçir: “Vaxt azdır, öz təcrübəmə ümid edirəm. Bu turnir 2020-ci il Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün Bakıya ən güclü gimnastlar gələcəklər”.

Final mərhələsinə çıxmaq şanslarından danışan gimnast bildirib ki, proqramı stabil icra etmək lazımdır: “Bu idman növündə hər şey mümkündür, ona görə də hazırladığım proqramı stabil yerinə yetirməliyəm. Fikrimcə, şans olacaq. Psixoloji olaraq qarşıma finala çıxmaq məqsədi qoymuşam, orada isə ilk üçlük uğrunda mübarizə aparacağam”.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku Bakıda fevralın 16-17-də keçiriləcək. Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir.


Facebook-da paylaş