Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisi üçün baş məşqçini Xoşqədəm tapsın! – SORĞU




Artıq uzun zamandır ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postu boşdur. AFFA-dan arabir “məşqçilərlə danışıqlar aparılır” açıqlaması edilsə də, sanki millinin “sükan”ı cadulanıb, heç kim yaxın durmaq istəmir.

AFFA Azərbaycan millisinə necə məşqçi axtarır, bunu demək çətindir. Həmin məşqçi nə vaxt tapılacaq, bunu da deyə bilmərik.
BrendSport.az xəbər verir ki, Komanda.az oxucuları, futbol azarkeşləri arasında bir sorğu keçirmək qərarına gəldik. “Facebook” sosial şəbəkə hesabımızdan oxuculara ünvanladığımız sual belə oldu: Sizcə, Azərbaycan millisinin yeni baş məşqçisi kim olsun? Buyurun, cavablarla tanış olun:

Yusif Xdglyv

“AFFA-nın ağlı olsa, Yılmaz Vuralı gətirər, ən azından özündənrazı oyunçulara yaxşı dərs keçər”.

Rovsen Ehmedov

“Türkiyəli Yılmaz Vural. Həm simpatik, həm də emosionaldı. Bəlkə o, bizim bu 11 nəfər “borzular”ımızın əlini-ayağını yığar”.

Elbrus Heybetov

“Niyaməddin Musayev”.

Elşad Həsənov

“Ən gözəl namizəd “Qəbələ”nin keçmiş baş məşqçisi (ukraynalı) Roman Qriqorçukdur. O, gəlsə, əla olar. Onsuz da, onun işi Qazaxıstan klubunda yaxşı getməyəcək. Roman Bakını çox sevirdi. Həm bura tez bir zamanda öyrəşdi, həm də bizim futbol fəlsəfəmizə çox oxşar taktiki sxemləri və heyət quruculuğu var”.

Gunduz Eliyev

“Mütləq AFFA rəhbərliyi dəyişməlidir və milliyə Azərbaycan futboluna yaxşı bələd olan Naci Şensoyu gətirmək lazımdır. Ona çox inanıram”.

Amid Kazimov

“Çaşıb birdən Qurbanı gətirərlər, nəbadə. Qorxaq futbol lazım deyil bizə. Bizə normal məşqçi və işinə qarışmayan AFFA lazımdır, ay AFFFFA”.

Res Meher

“Siyavuş Novruzovu və ya Qüdrət Həsənquliyevi”.

Mamed Mamedov

“Heç kim. Onlara Stalin kimi adam lazımdır. Bir də zənglə futbol oynamaq yığışdırılmasa, istəsən, “Barsa”nın məşqçisini gətir, xeyri yoxdur”.

Mirzəyev Ramid

“Afrika ölkələrində işləyib, uğur qazanmış məşqçilərdən biri”.

Moral Moral

“Yerli məşqçilərdən birini qoysunlar, gününü keçirsin. Azərbaycan milli komandasının ələyi çoxdan ələnib”.

Esed Hesenov

“Klaudio Ranyeri”.

Resad Agazadeh

“Tərlan Əhmədov”.

Ibrahim Esgerli

“Məncə, heç kimin təklifinə əhəmiyyət vermədən, AFFA kimi istəyirsə, onu gətirsin. Çünki AFFA-nın iradəsindən kənar kim gəlsə, “torbasını tikəcəklər”. Beləcə, komanda yenə 3-4 ay “başsız” qalacaq. İtirən yenə olmayan futbolumuz olacaq”.

Ali Seyidov

“Məncə, alman modelindən istifadə etmək lazımdır. Gənc yerli mütəxəssislərə etibar edilsə, bəlkə nəsə olar. Amma ki, bizim insanımıza pul, maddiyat imkan vermir ki, peşəkar qalasan. Birinci bunu həll etmək lazımdır”.

Ilkin Ilkin

“Kaxaber Tsxadadze və Vinfrid Şefer!”.

Senan Memmedov

“Kloppu gətirsinlər. Həqiqətən, gəlsə, infarkt vurub öldürər yetimi”.

Anar Mahmudov

“Qurban Qurbanov”.

Memmedov Maga

“Ağasəlim Mircavadov”.

Niyameddin Agayev

“Roman Qriqorçuk”.

Reshad Reshidov

“Elə təzədən Qurban Qurbanovu qaytarsalar, lap yaxşı olar”.

Mamed Mamedov

“Məşqçi olaram. İstəsələr, çox istəsələr”.

Ferid Mustafayev

“Kim gəlir gəlsin, dəyişən heç nə olmayacaq”.

Tural Ismayilov

“Arsen Venger”.

Mahir Mahmudov

“Yaxşısı, milli komanda ləvğ olunsun. Görün nə gündədirsə, heç kim yiyə durmur”.

Etibar Məhərrəmov

“Heç kim, özləri oynasın, onsuz da xeyri yoxdur”.

Araz Elmurazoğlu

“Məncə, yığma komandanı dağıtsınlar, onlara ayrılan pulu bütünlüklə uşaq futboluna yatırsınlar. Daha çox xeyir görərik”.

Arif Smith

“Ağasəlim Mircavadov”.

Aqil Səmədzadə

“Samir Abasov”.

Urvet Efqanoglu

“Səbirxan Manafov”.

Perviz Sadayoglu

“Məncə, Türkiyədən baş məşqci gətirilməsi daha doğru olardı. İnanıram ki, bu, xeyir verər. Fatih Terim deyərdim”.

Elçin Əfəndi

“Fikrimcə, ehtiyac yoxdur. Məşqçi olsa da, olmasa da, eyni oyunçulardır”.

Narmina Ahmadova

“Mən hesab edirəm ki, Azərbaycan milli komandasına baş məşqçi lazım deyil. Çünki məşqçi ilə və ya məşqçisiz, eyni nəticə göstərir. Ancaq istəsələr, mən ola bilərəm millinin baş məşqçisi. Hər halda, bizim məşqçilərdən fərqli olaraq, futbol haqda çox kitab oxumuşam. Onlar da oxusaydılar, bu gündə olmazdılar. Mütaliə yox, savad yox, adını yaza bilməyən futbolçu sonra böyüyüb olur məşqçi! O məşqçidən nə gözləmək olar?”

Samir Nezerli

“Məncə, məşqçi yox, oyunçu tapın, çünki görürük ki, məşqçi dəyişməyin mənası yoxdur”.

Orxan Bayramov

“İndiki halda millinin uğuru mövzusunu bağlayıb, futbolumuzda islahatlar mövzusu prosesini müzakirə etmək ən düzgünüdür. Ölkədə gözdən-könüldən uzaq yerlərdə iri bazalar, məktəblər yaradılmalı, 6-7 yaşında uşaqlara (1500- 2000 civarında) burda dərs verməli və tərbiyə etməli, 10 il dövlət bunlara baxmalıdır. Hər il xaricdən, klublardan məşqçilər gətirməlidir. AFFA sadəcə, bunu yeyintisiz etsin. Bəlkə, 2027-2028-ci illərdə 15 nəfər futbolçu ortaya çıxar”.

Zamin Yusif

“Yığma komandaya Qurban Qurbanovdan yaxşısı gəlməyəcək. “Qarabağ” bir gündə “Qarabağ” olmadı, illər çəkdi. Sadəcə, imkan vermədilər. Kim gəlir gəlsin, xeyri yoxdur, görmüşük ki, dünyada böyükhesablı məğlubiyyətlərdən sonra baş məşqçi ilə birlikdə federasiyasının rəhbəri də istefa verir. Bizdə illərdi rəhbərlik qalır, məşqçi gedir. Belə şey mümkün deyil”.

Aytac Ahmedova

“Hansı baş məşqçi gəlir gəlsin, problem məşqçidə yox, başdadır. Məşqçini yox, başda oturanları dəyişsinlər”.

Rahil Sayadoglu

“Samir Abasov gəlsin”.

Amil Abbasov

“Məşqçi lazım deyil”.

Huseyn Kerimli

“Kim gəlir gəlsin, bu gedişlə gələcək uğurlu heç nə vəd etmir”.

Cabir Turan Ceferbeyli

“Məncə, Mustafa Reşit Akçay variantı pis olmaz. Türk məşqçiləri sınamaq lazımdır. Tayfun Korkut ola bilər. Serb məşqçilər də bizə uyğun gələ bilər, məsələn Sinişa Mihayloviç və Slavisa Yokanoviç boşdadır. Alman məşqçi gələcəksə, Peter Ştöger münasib olar”.

Samir Musayev

“Məncə, Kamal Quliyev olmalıdır”.

Elmar Rzaev

“1. Kamal Quliyev, 2. Naci Şensoy, 3. Samir Abasov, 4. Kaxaber Tsxadadze. Amma oyunçu yoxdursa, kim gəlsə də, çətin olacaq, bizdə oyunçudan çox, məşqçi var. Azərbaycan tarixində iki yüksək nəticə verən və yüksək səviyyəli məşqçi olub, Əhməd Ələsgərov və Qurban Qurbanov. Qurban heç nə edə bilməyibsə, çətin orda kimsə nəsə edə bilə”.

Kanan Pashabəyli

“Gələn gəlsin, ancaq özüylə də gərək azı beş futbolçu gətirsin. Beş nəfərsiz heç kəs”.

Fərid Baxışov

“Zinəddin Zidan (o da gəlsə, düzəlməz yığma)”.

Rauf Qərib Alagöz

“Ümumiyyətlə, milli komandaya ehtiyac yoxdur, nəinki məşqçi. Ən azından “yoxdur” deyib, ovudarıq özümüzü. Gürcüstan kimi bir ölkənin millisinə, hətta Ermənistan millisinə baxanda adam xəcalət çəkir”.

Elmar Rzaev

“Rauf Qərib Alagöz, ümumiyətlə, bu gedişlə, AFFA-ya ehtiyac yoxdur”.

Rauf Qərib Alagöz

“Elmar Rzaev eynən”

Haciaga Muradov

“Arif Əsədov, İqor Ponomaryov, Kamal Quliyev. Bunlar da olmasa, Xoşqədəmə deyin, o, yaxşısını tapar. “Səni axtarıram”a müraciət etsinlər”.

Rufat Jamal

“Azərbaycan futboluna bələd olan və yığmaya layiq şəxs. Bu, Kaxaber Tsxadadze olsa, əla olar”.

Haciaga Muradov

“Руфат Джамал, Qriqorçuk, Tsxadadze kimilər məşqçiliyi yox, pulu üstun tuturlar. Tsxadadze “Standard”ı niyə çempion eləmədi? “İnter”in pulu var idi, o da var idi, pul azaldı, o da aradan çıxdı. “Qəbələ”nin büdcəsi azaldı, Qriqorçuk aradan çıxdı. “Astana” söhbətini eşidəndən bəri məşqçiliyi də ürəksiz elədi. Belələri peşəkar deyillər”.

Rashad Hasanzadeh

“Samir Əliyevə güvənmək olar”.

Eliko Taghizadeh

“Poçettino”.

Amal Abuşov

“Elxan Məmmədov özü olsun”.

Eliko Taghizadeh

“Ona daha ciddi təkliflər var…”.

Zəfər Xəlilov

“Azərbaycan məmləkətinə futbolu gətirmək lazımdır, məşqçi özü gələr”.

Vüsal Sultanov

“Kamal Quliyevə şans vermək olar. Düşünsək ki, komandamız müdafiəyə meyillidir, onun gəlməsi yerinə düşər”.

Vaqif Quliyev

“Ağasəlim Mircavadov”.

Tərxan Paşazadə

“Rolo Zapatanın millimizin baş məşqçisi olmasını istərdim”.

Vüsal Qəmbərov

“Azərbaycanda adı olub özü olmayan qurumları bir müddət başsız qoymaq, beləcə, insanlara mesaj vermək ənənədəndir. Məsələn, təhsil nazirliyi kimi. Çox da şey eləməyin”.

Perviz Qurbanov

“Zdenek Zeman sağdır? Deyin ona, bəlkə, gəldi. Qoca kişidir, başını girləsin”.

Valeh Məmmədəliyev

“Onsuz da bizim fikrimizi nəzərə alan yoxdur. Qoy Elxan əminin dediyi məşqçi olsun”.

Vaqif Davudov

“Şahin Diniyevi məsləhət görürəm”.

Famil Salehoglu

“Ya Samir Abasov, ya da Ayxan Abbasov. İkisi də əla məşqçidir. Həm enerjili, həm də çılğın. Amma ikisinin arasında seçim olsa, Samir Abasov deyərdim”.


Facebook-da paylaş

Xəbəri paylaş