Döyüşçü yazar
Rafiq Şahbazov 1993-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda aikido, daha sonra taekvando ilə məşğul olub.
BrendSport.az saytı xəbər verir ki, 2011-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinə qəbul olub. Universitetdə oxuduğu illərdə "Sevginin son nəfəsi", "Onun həyatında iki qadın var idi", "Güllə yağışında" kitablarının müəllifidir.
Vətənpərvəlik ruhunda yazılan "Güllə yağışında" kitabı Qarabağ müharibəsi ilə bağlıdır. 2012-2015-ci illərdə Presspost.az, 2013-2015-ci illərdə Regionpost.az xəbər portallarında redaktor kimi fəaliyyət göstərib.
2015-ci ildə Azərbaycan mətbuatının yaranmasının 140 illiyi münasibətilə 1875.org layihəsinə rəhbərlik edib. 2015-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan ordu sıralarına yollanıb.
Həyat kredosu düzgünlik olan Rafiq həmişə savadına güvənir. Taekvondo idman növü onu özünə dinamik, həm də fəlsəfi cəhətdən maraqlandırır.
Rafiqin dediklərindən: "Həyatda asan heçnə yoxdu. Hər işin özünə görə çətinliyi var. İstənilən müqayisə qərəzlidi. Hər halda görülən işlərdən zövq almaq əsasdır"
Alxas Məmmədov
Facebook-da paylaş