Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Çempionluğa gedən yol çətin olur”



Elşən Bədəlov 2001-ci ildə Şamaxı rayonunun Çabanı kəndində anadan olub. Çabanı kənd orta məktəbin XI sinif sagirdidir.

BrendSport.az saytı xəbər verir ki, Elşən iki ildi Şamaxı Olimpiya Mərkəzində tanınmış pedaqoq və güləş müəllimi Əhliman Qəhramanovun rəhbərliyi altında məşq edir.

Əhliman müəllim Elşən haqqında fikirlərini bizimlə bölüşdü.

“Elşən yaxşı tələbələrimdəndir. Məsuliyyətli idmançdır. İndiyə kimi bir neçə yarışda istirak edib. Ən yaxşı nəticəsi isə Oleq Krapivin şərəfinə keçirilən turnirdə “Şirvan” güləş klubunda əldə etdiyi nəticədir. O, burada bütün gücünü ortaya qoyaraq 60 kq çəki dərəcəsində çempion olub.”

Elşən özü də gələcək planlarından danışdı:

“Çempionluğa gedən yol çətin olur. Respublika çempionatında çalışacam ki, yaxşı nəticə göstərib yer tutam. Mənə dəstək olduqlarına görə, məşqçimə, Şamaxı Olimpiya Mərkəzinin rəhbərliyinə və idmançı dostlarıma təşəkkür edirəm.”

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş