Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məşhur futbolçu beynini bağışladı




İngiltərə futbolunun canlı əfsanəsi Alan Şirer gözlənilməz addımla diqqət mərkəzinə düşüb. Britaniya mətbuatına istinadən yayılan məlumata görə, sabiq hücumçu beynini bağışladığını açıqlayıb.

Həkim Bennet Omalu Amerika futbolunda idmançıların tez-tez baş-başa toqquşmalarının beyinlərində ciddi xəsarətin əmələ gətirdiyini və bunun gələcəkdə demans (ağlını itirmə) xəstəliyinə yol açdığını söyləyib.

Bu xəstəliyin futbolçularda da olmaq ehtimalı ilə bağlı BBC kanalında veriliş hazırlanıb. Verilişdə oyunçuların karyeraları ərzində dəfələrlə topa başla vurmaları, sərt zərbələri başla geri qaytarmaları demans xəstəliyinə səbəb ola biləcəyi vurğulanıb.

Proqramın şərhçilərindən olan Alan Şirer isə bu məsələnin futbolda ciddiyə alınmadığını söyləyib və beynini bağışladığını açıqlayıb: “47 yaşım var və yaxın gələcəkdə xəstəliyə tutulmaqdan qorxuram. İsveçli həkim nevropatoloq Uilli Styuartla hazırladığımız lazımi sənədlərə qol çəkdim. Mən öldükdən sonra demansın futbola təsirinin araşdırılması üçün beynimdən istifadə olunmasına icazə verdim”.

Qeyd edək ki, Alan Şirer 1992-2000-ci illərdə İngiltərə millisinin heyətində 63 oyun keçirib, 30 qola imza atıb.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş