Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdmana göstərilən diqqət prioritet təşkil edir

İdmana göstərilən diqqət prioritet təşkil edir

Bu gün ölkəmizdə idmana verilən diqqət, göstərilən qayğı bu sahənin hər növünə sirayət edir. Bu idman növləri arasında taekvondonun da özünəməxsus yeri var. Göstərilən diqqət və qayğının nəticəsi olaraq, gənclərimizin idmana olan sevgisinin daha da artmasının şahidiyik.

Demək olar ki, bu gün ölkməzin bütün şəhər və rayonlarında taekvondo idman növünə axın müşayiət olunur. Üstəlik idmanın bu növünə rəhbərlik edən şəxslərin çoxu yüksək idman reytnqli gənclərimizdi.

Belə rayonlarımızdan biri də Göyçay rayonudur. Burada təşkil olunan taekvondo məktəbinə Kazım müəllim rəhbərlik edir. Onun köməkçisi isə bir vaxtlar tələbəsi olan gənc idmançı Fərid müəllimdir.

Müslümov Fərid Əli oğlu 23 oktyabr 1995-ci ildə Göyçay rayonunda anadan olub. Potu kənd orta məktəbini bitirib. Kazım müəllimin rəhbərliyi ilə taekvondoya gəlişi 2007-ci ilə təsadüf edir. Respublika səviyyəli bir çox yarışlarda yüksək nəticələr əldə edib.

2013-2014-cü illərdə həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən Kazım müəllimin yanına qayıdır və artıq 4 ildir ki, köməkçi məşqçi kimi fəaliyyət göstərir.

Göyçay rayonunda taekvondoya göstərilən diqqətə görə rayon rəhbərliyinə, Gənclər və İdman İdarəsinə, Olimpiya Kompleksinə minnətdarlığını bildirən Fərid müəllim bundan sonra bu diqqətin daha da artacağına və uşaq və yeniyetmələrimizin də bu diqqətə öz töhfələrini verəcəyinə ümidvar olduğunu bildirdi.

Əliqasım Məmmədov,
ADPU-nin I kurs tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş