Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırıb

AFFA “Zirə”nin iki futbolçusunu cəzalandırıb


AFFA İntizam Komitəsi “Zirə” klubunun iki futbolçusunu cəzalandırıb.
BrendSport.az xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar. Buna hər iki oyunçunun “Neftçi”yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəniləcək.
“Neftçi” isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada komandanın 6 oyunçusu sarı vərəqə alıb.


Facebook-da paylaş

Xəbəri paylaş