Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Sağlam gənclik” layihəsi çərçivəsində Şəmkirdə veloyürüş təşkil olunub



Şəmkirdə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Sağlam gənclik” layihəsinə start verilib.

BrendSport.az AzVİF-ə istinadla xəbər verir ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 1000-ə yaxın gənc iştirak edib. Şəmkirdəki Bayraq Meydanından start verilən yürüşdə velosipedçilər şəhər mərkəzi ilə dövrə vuraraq Bayraq Meydanında finiş xəttinə çatıblar.

Veloyürüşdə çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.

Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin Şəmkirdəki Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.


Facebook-da paylaş