Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” və EKOL futzal komandaları pley-off mərhələsinə qələbə ilə başlayıblar



Futzal üzrə Yüksək Liqada pley-off mərhələsinə start verilib.

BrendSport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən mərhələdə əvvəlcə meydana “Neftçi” və “Xəzər Cənub” komandaları çıxıblar. Oyunda hesab 4-cü dəqiqədə açılıb. “Neftçi”nin üzvü Oruc Baxşəlizadə yaxın məsafədən toru silkələyib. Bir qədər sonra Vitali Borisov təcrübəsini işə saldı. O, Bakı təmsilçisinin futzalçısı topu irəli çıxmış qapçının başı üzərindən qapıya yönəldib. Onuncu dəqiqədə “Xəzər Cənub”un oyunçusu Amir Şocayinin cərimə zərbəsindən vurduğu top əvvəlcə qapıçıya, ardınca tirə dəyib meydanı tərk edib. Amma 1 dəqiqə sonra iranlı legioner arzusuna çatıb. Cinahdan qapıya paralel ötürməni uzaq küncdə nəzarətsiz qalmış A.Şocayi qapıdan keçirib. Artıq 5 foul limitini dolduran komandalar tezliklə hərəyə bir dəfə 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıblar. V.Borisov qapıçını məğlub edə bilməsə də, İsaq Surqalı dəqiq oynamaqla hesabı bərabərləşdirib. 15-ci dəqiqədə bu dəfə “Neftçi”nin üzvü Vahid Şəfaye 10 metrlik zərbədən faydalana bilməyib.

İkinci hissəyə cənub təmsilçisi qolla başlayıb. İ.Surqalı özünün ikinci, komandasının üçüncü qolunu vurub. İ.Surqalı 29-cu dəqiqədə dirəyi nişan almaqla komanda yoldaşlarını təəssüfləndirib. Son 4 dəqiqədə “Neftçi” iki qol vurub. Əvvəlcə V.Şəfayenin qapıya zərbəsi “Xəzər Cənub”un qolkiperi Hamid Raşidi üçün gözlənilməz və qarşısı alınmaz olub. Daha sonra “Neftçi” 10 metrlik zərbədən hesabı lehinə dəyişib və V.Borisov bu dəfə dəqiq oynayıb. Beləliklə, görüş “Neftçi”nin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci oyunda “Araz” və EKOL komandaları qarşılaşıblar. Hər iki komanda meydana itkilərlə çıxıb. EKOL Emin Kürdovun, “Araz” isə Xətai Bağırovun xidmətindən istifadə edə bilməyib. Hesab 4-cü dəqiqədə açılıb. Nihad İsmayılovun zərbəsindən sonra EKOL-un qapıçısı İntiqam Babayevin qaytardığı topu Oktay Rüstəmli boş qapıdan keçirib. Ardınca EKOL iki real qol epizodunu qaçırıb. Əvvəlcə Namiq Məmmədkərimov, ardınca Faiq Əliyev toru silkələyə bilməyib. Onların bacarmadığını Fərid Ələkbərov edib. Onun 12-ci dəqiqədə heç də əlverişli olmayan mövqedən endirdiyi zərbə hesabın bərabərləşməsi üçün kifayət edib. Sonra “Araz”ın futzalçısı Mohammadtaha Neyməti fərqlənib.

İkinci hissənin əvvəlində “Araz” fərqi artırmağa yaxın olub. Mərkəzdə topu rəqibindən “oğurlayan” M.Neyməti qapıçı ilə üzbəüz qalsa da, qolkiperi məğlub etməyi bacarmayıb. Daha sonra EKOL-un üzvü N.Məmmədkərimov qapıçını topu tordan çıxarmağa məcbur edib. “Araz”ın qapıçısı Rövşən Hüseynli 29-cu dəqiqədə də hesabın dəyişməsinə mane ola bilməyəb. F.Əliyevin zərbəsi toru silkələyib. 31-ci dəqiqədə əks-hücum quran EKOL-dan Namiq Məmmədkərimov özünün ikinci, komandasının dördüncü topunu vurub. Qapıçını meydan oyunçusu ilə əvəzləyən “Araz”ın baş məşqçisi Alesionun yetirmələri qol vursa da, ardıcıl 2 top buraxıblar. Hər iki epizodda Ramiz Çovdarov qapıçısız qapıya düşməklə fərqi artırıb. “Beş oyunçu” taktikasından əl çəkməyən Alesionun yetimrələri 36-cı dəqiqədə fərqi yenidən 2 topa endiriblər. Beləliklə, görüş EKOL-un 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Pley-off mərhələsinin ikinci oyunları mayın 11-də Bakı İdman Sarayında keçiriləcək. Saat 14:30-da EKOL “Araz”la, saat 17:00-da “Xəzər Cənub” “Neftçi” ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş