Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Salyan rayonunda 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmançılarla görüş keçirilmişdir



BrendSport.az xəbər verir ki, 04 mart 2019- cu il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin konfrans zalında 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmançılarla görüş keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, Salyan rayon Gənclər və İdman idarəsinin kollektivi, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar iştirak etmişdir.
Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açmışdır
Daha sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığını, ölkə və rayon idmançılarının hər il idman sahəsində daha yüksək nailiyyətlər əldə etdiyini vurğulayaraq bildirdi ki, bu gün Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Voleybol üzrə məşqçi-müəllimi “Azərbaycan Respubikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Abuşov Məhərrəm çıxış edərək bildirdi ki, Son illərdə ölkəmizin uğurla mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi Azərbaycanın inkişafı, dünyaya tanıdılması ilə yanaşı idmançılarımızın böyük təcrübə qazanması və peşəkarlıq səviyyəsinin artırılmasında mühüm mühüm rola malikdir.
Gənc boksçu, 2013 –cü il gənclər arasında boks üzrə avropa çempionu Quliyev Cavid öz çıxışında qeyd etdi ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət idman siyasətinin məntiqi nəticəsi olaraq bu gün mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da ölkə idmançılarının daha böyük uğurlar əldə etməsinə imkan verir.
Salyan şəhər 6 saylı tam orta məktəbin müəllimi Feyziyev Murad ölkədə və rayonda idmana göstərilən xüsusi diqqət və qayğıdan söz açdı. Ölkədə həyata keçirilən məqsədyönlü, davamlı sosial siyasətin bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynadığını diqqətə çatdı.
Tədbirin sonunda yüksək nailiyyətlər əldə etmiş rayon idman ictimaiyyətinin nümayəndələri Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Sevindik Hətəmov tərəfindən qiymətli hədiyyələrlə təltif edildilər.
5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təltif olunan rayon idman ictimaiyyətinin nümayəndələrinin siyahısı
1. Abuşov Məhərrəm Yaqub oğlu Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Arbatan kənd tam orta məktəbin bədən tərbiyə müəllimi
2. Əliyev Zaur Nasif oğlu Cüdo idman növü üzrə məşqçi-müəllim
3. Quliyev Cavid Fəxrəddin oğlu- gənc boksçu, 2013 –cü il Hollandiyanın Rotterdam şəhərində keçirilən gənclər arasında boks üzrə avropa çempionatında I yer
4. Mustafazadə Mirkərim Həsənağa oğlu veteran futbolçu
5. Məmmədov Seymur Qafar oğlu karate idman növü üzrə məşqçi müəllim respublika dərəcəli A kateqoriyalı hakim, beynəlxalq dərəcəli 4-cü dan qara kəmər sahibi
6. Hacıyev İbad Azadəli oğlu Salyan futbol klubunun üzvü
7. Cavadov Vüqar Yaşar oğlu Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin sərbəst güləş idman növü üzrə məşqçi müəllim
8. Məmmədov Nahid Mürsəl oğlu Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin sərbəst güləş idman növü üzrə məşqçi müəllimi, güləş idman növü üzrə idman ustası
9. Hacıyeva Təhminə Xalid qızı Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinnin şahmat müəlliməsi
10. Elyasova Jalə Elçin qızı yeniyetmə cüdoçu 2018-ci il Cüdo idman növü üzrə azyaşlı yeniyetmələr arasında zona birinciliyində 44 kq da I yer
11. Əliyeva Lalə Ceyhun qızı yeniyetmə cüdoçu 2018-ci il Cüdo idman növü üzrə azyaşlı yeniyetmələr arasında zona birinciliyində 32 kq da III yer
12. Səmədzadə Nihad Mehman oğlu Bakı şəhərində keçirilən stolüstü tennis üzrə gənclər arasında ölkə kubokunda II yer
13. Quliyev Rahib Ramazan oğlu Qaydasız döyüş idman növü üzrə məşqçi- müəllim
14. Həşimzadə Dilavər Hakim oğlu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” nə həsr olunmuş Karate do idman növü üzzrə XXI Açıq Respublika çempionatı və birinciliyində 37-kq da I yer
15. Babayeva Ləman İlqar qızı 2018-ci ildə Bakı şəhərində keçirilən VKF karate idman növü üzrə beynəlxalq klublararası turnirdə 32 kq-da II yer
16. Amanov Nahid Tahir oğlu 2018 ci il karate idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində II yer
17. Niftizadə Muhəmmədəli Kərim oğlu 2018-ci ildə Kikboksinq idman növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində 45 kq da I yer, Kikboksinq üzrə Baku Open 2018 birinciliyində I yer
18. Əmrəliyev Rəşad Zöhrab oğlu 2019-cu il kikboksinq idman növü üzrə Bakı şəhərində keçirilən yeniyetmələr arasında ölkə birinciliyində 60 kq da I yer


Facebook-da paylaş