Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gürcüstan gimnastı: Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb

Gürcüstan gimnastı: Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb

Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunun iştirakçısı, Gürcüstan gimnastı Lyuba Qolovina deyib. O bildirib ki, Bakıda məşqlər planlaşdırıldığı kimi davam edir: “Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb. İdmançılar üçün rejim, qidalanma çox vacibdir. Burada bizim üçün bu şərait yaradılıb”.
Öz şansları barədə danışan gimnast, yaxşı nəticəyə ümid etdiyini söyləyib: “Mən əvvəlcədən qələbə şanslarım barədə danışmağı sevmirəm, amma hər bir idmançı yarışa qələbə və medal üçün gəlir. Mən də əlbəttə ki, bunun üçün hazırlaşıram və yalnız yaxşı nəticəyə ümid edirəm”.
Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş