Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Qurban Qurbanov: “Neftçi” ilə oyuna ciddi yanaşırıq



Antalyada yağışlı hava şəraitində hazırlaşmalı olduq. Çalışdıq ki, hazırlıqdan kənara çıxmayaq. Qarşıda bizi çətin oyun gözləyir. Sıradan bir oyun kimi yanaşa bilmərik, yaxşı baş məşqçisi olan komandaya qarşı oynayacağıq. Bu mövsüm “Neftçi” çox istəklidir. Futbolçuların üzərinə çox getmirik. Məğlub olsaq, nə baş verəcək deyə düşünmürük. Belə oyunlarda daha diqqətli olmalıyıq. Bu oyun da bizim üçün vacibdir.

BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı “Neftçi” ilə matç öncəsi müsahibəsində deyib.

“Start heyəti tam olmasa da, 90 faiz məlumdur. "Azərsun Arena"da oynamasaq da, burada (Tofiq Bəhramov adına Respublika stadionu) bizim üçün doğmadır. Əvvəllər avrokuboklar və çempionat oyunlarını burada keçirmişik. Dario Federikonun "Neftçi"dən getməsi düşünmürəm ki, komandaya mənfi təsir göstərəcək. Onu əvəzləyən bir neçə güclü futbolçu var. Düzdü, faydalı oyunçudur. Çox istərdim ki, güclü futbolçular burada qalsın. “Neftçi”nin heyətində Namiq Ələsgərov onu əvəz edənlərdən biridir. Bir-iki oyunçunun yoxluğu onlara təsir etməz. Bizim planlarımızda dəyişiklik yoxdur”, - deyə baş məşqçi bildirib.

Qurban Qurbanov transfer planları haqqında da danışıb: “Fevralın 8-nə kimi transfer dönəmi açıqdır. Axtarışlar davam edir. Transferlər ola bilər. Ya hücumçu, ya da yarımmüdafiəçi almaq olar".


Facebook-da paylaş