Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Avroliqada "Qarabağı"ın günü



Bu gün Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandalar müəyyənləşəcək

Bu gün 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək bütün komandalar müəyyənləşəcək.

Pley-off mərhələsinin cavab oyunlarından sonra qalan 21 iştirakçı da bəlli olacaq.

Yarışda iştirak edəcək 48 klubdan 17-si qrup mərhələsinə birbaşa vəsiqə əldə edib. Bunlar "Vilyarreal", "Betis" (hər ikisi İspaniya), "Bayer", "Ayntraxt" (hər ikisi Almaniya), "Çelsi", "Arsenal" (hər ikisi İngiltərə), "Latsio", "Milan" (hər ikisi İtaliya), "Marsel", "Renn" (hər ikisi Fransa), "Krasnodar" (Rusiya), "Sportinq" (Portuqaliya), "Vorskla" (Ukrayna), "Anderlext" (Belçika), "Akhisar" (Türkiyə), "Yablonets" (Çexiya) və "Sürix" (İsveçrə) komandalarıdr.

Çempionlar Liqasının (ÇL) Liqa Yolunun III təsnifat mərhələsində uduzan 4 kollektiv - "Spartak" (Rusiya), "Standard" (Belçika), "Slaviya" (Çexiya) və "Fənərbaxça" (Türkiyə) da Avropa Liqasının qrupuna düşüb.

Bu komandalara ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran daha 6 komanda qoşulub. Bunlar "Dinamo" (Kiyev, Ukrayna), "Dinamo" (Zaqreb, Xorvatiya), "Videoton” (Macarıstan), BATE (Belarus), PAOK (Yunanıstan) və "Zaltsburq" (Avstriya) kollektivləridi.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq. Yarışın final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunları


30 avqust

18:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr)
İlk oyun - 0:1

18:00. "Ufa" (Rusiya) - "Reyncers" (Danimarka)
İlk oyun - 0:1

19:30. AEK (Larnaka, Kipr) - "Trençin" (Slovakiya)
İlk oyun - 1:1

20:30. "Leyptsiq" (Almaniya) - "Zarya" (Luqansk, Ukrayna)
İlk oyun - 0:0

20:30. "Kopenhagen" (Danimarka) - "Atalanta" (İtaliya)
İlk oyun - 0:0

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Torpedo" (Kutaisi, Gürcüstan)
İlk oyun - 1:0

21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)
İlk oyun - 0:1

21:00. ÇFR (Kluj, Rumıniya) - "Düdelanj" (Lüksemburq)
İlk oyun - 0:2

21:00. "Mölde" (Norveç) - "Zenit" (Rusiya)
İlk oyun - 1:3

21:00. "Apollon" (Kipr) - "Bazel" (İsveçrə)
İlk oyun - 2:3

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Sarpsborq" (Norveç)
İlk oyun - 1:3

21:15. "Mityullann" (Danimarka) - "Malmö" (İsveç)
İlk oyun - 2:2

22:00. "Beşiktaş" (Türkiyə) - "Partizan" (Serbiya)
İlk oyun - 1:1

22:15. "Şkendiya" (Albaniya) - "Rusenborq" (Norveç)
İlk oyun - 1:3

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Olimpiya" (Lyublyana, Sloveniya)
İlk oyun - 2:0

22:30. "Bröndbü" (Danimarka) - "Genk" (Belçika)
İlk oyun - 2:5

22:30. "Styaua" (Rumıniya) - "Rapid" (Vyana, Avstriya)
İlk oyun - 1:3

22:45. "Börnli" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:3

22:45. "Bordo" (Fransa) - "Gent" (Belçika)
İlk oyun - 0:0

23:00. "Seltik" (Şotlandiya) - "Suduva" (Litva)
İlk oyun - 1:1

23:45. "Sevilya" (İspaniya) - "Siqma" (Çexiya)
İlk oyun - 1:0


Facebook-da paylaş