Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qəbələ" və "Keşlə" Avroliqaya məğlubiyyətlə başladı

"Qəbələ" və "Keşlə" Avroliqaya məğlubiyyətlə başladı

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları start götürüb. Premyer Liqamızın gümüş mükafatçısı “Qəbələ” və eyni zamanda paytaxt klublarımızdan “Keşlə” də mübarizəyə başlayıb.

"Qəbələ" öz meydanında Lüksemburqun “Proqres” klubunu qəbul edirdisə, “Keşlə” komandası səfərdə Maltanın “Baltsam” omandasının qonağı idi.

Çox təəssüf ki, hər iki komandamız ilk görüşdə məğlubiyyətlə üzləşib. "Qəbələ" Sənan Qurbanovun rəhbərliyi ilə ilk rəsmi matçında rəqibinə 0:2, Yuri Maksimovun baş məşqçisi olduğu “Keşlə” isə daha böyük hesabla 1:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

12 iyul


20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2
Qollar: Almeyda, 51, Olivier Thill, 62

20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan) - 4:1
Qollar: Alfred Effiong, 12 (1:0), Lecao, 21 (2:0), Meza Kolli, 29 (2:1), Nenad Slyiviç, 34 (3:1), Kadu, 56 (4:1)


Facebook-da paylaş

Xəbəri paylaş