Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibdə ilk əyani iclası keçirilib



BrendSport.az saytı xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının bu ilin aprelində müəyyənləşən yeni tərkibdə ilk iclası olub.
Görüşdə idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında əlaqələndirici rol oynayan Atletlər Komissiyasının vəzifələri və planları haqda fikir mübadiləsi aparılıb.
Olimpiya hərəkatı ilə bağlı qəbul olunan qərarlarda idmançıların fikirlərinin də nəzərə alınması üçün Atletlər Komissiyasının fəallığının vacibliyi vurğulanıb.
MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov bildirib ki, BOK, Avropa Olimpiya Komitəsi (AOK), eləcə də digər ölkələrin Milli Olimpiya komitələrinin Atletlər komissiyaları, ölkəmizin milli idman federasiyaları və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr reallaşdırmaqla Atletlər Komissiyası idmançıların həyatlarında əhəmiyyətli rol oynaya bilər.
MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov bildirib ki, Atletlər Komissiyası idman və qeyri-idman karyeralarında idmançıların inkişafına imkan yaradan, karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələr reallaşdıran əhəmiyyətli komissiya ola bilər.
Komissiyanın sədri, cüdoçu Rüstəm Orucov, üzvləri isə Sabina Mikina (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-Roma güləşi) və Fatimə Əlkərəmovadır (üzgüçülük).
Atletlər Komissiyasının iki üzvü - Fəridə Əzizova (taekvondo) və Nazim Babayev (atletika) Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək atletlərin 6-cı Assambleyasına qatılacaqlar. Bu haqda iclas iştirakçılarına MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev məlumat verib.
İclasda, həmçinin Assambleyada Azərbaycan nümayəndə heyətinin qaldıracağı məsələlər də müzakirə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş