Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçimiz İrina Zaretska Tokio Olimpiadasının finalında misirli Feryal Abdelaziz ilə üz-üzə gələcək

Karateçimiz İrina Zaretska Tokio Olimpiadasının finalında misirli Feryal Abdelaziz ilə üz-üzə gələcək


Azərbaycan karateçisi İrina Zaretskanın Tokio Olimpiadasının finalındakı rəqibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda görüşdə Misir idmançısı Feryal Abdelaziz ilə üz-üzə gələcək.
Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub. Sonuncu döyüşdə idmançımız türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib. Qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Finala gedən yolda çinli Qun Lini 7:2 hesabı ilə məğlub edən karateçimiz həlledici mərhələyə adlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş