Faydalı saytlar


Reklam



“Tokio-2020” Yay Olimpiya Oyunlarının futbol yarışlarının püşkü atılıb

“Tokio-2020” Yay Olimpiya Oyunlarının futbol yarışlarının püşkü atılıb


“Tokio-2020” Yay Olimpiya Oyunlarının futbol yarışlarının püşkatma mərasimi keçirilib.


BrendSport.az xəbər verir ki, kişilər arasında yarışlarda milli komandalar 4 qrupda mübarizə aparacaqlar. Belə ki, “A” qrupunda Yaponiya, Cənubi Afrika Respublikası, Meksika, Fransa, “B” qrupunda Yeni Zelandiya, Koreya Respublikası, Honduras, Rumıniya, “C” qrupunda Misir, İspaniya, Argentina, Avstraliya, “D” qrupunda isə Braziliya, Almaniya, Kot`d İvuar və Səudiyyə Ərəbistanı yer alıblar.
Qadın futbolçulardan ibarət milli komandalar 3 qrupda yarışacaqlar. Püşkə əsasən, Yaponiya, Kanada, Böyük Britaniya, Çili “E”, Çin, Braziliya, Zambiya, Niderland “F”, İsveç, ABŞ, Avstraliya və Yeni Zelandiya isə “G” qruplarında mübarizə aparacaqlar.
Kişi futbolçuların yarışı iyulun 22-dən avqustun 7-dək, qadınların mübarizəsi isə iyulun 21-dən avqustun 6-dək təşkil olunacaq.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.


Facebook-da paylaş