Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Futbol üzrə Türkiyə milli komandası karantinə alınıb

Futbol üzrə Türkiyə milli komandası karantinə alınıb


Futbol üzrə Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.
BrendSport.az xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.
Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində noyabrın 15-də Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək.


Facebook-da paylaş