Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan qılıncoynadanlarının iştirak edəcəkləri yarışlar təxirə salınıb



Martın 18-23-də Belçikanın Sint-Niklas şəhərində keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə dünya kubokunun mərhələ yarışı təxirə salınıb. Yarışda Azərbaycanın sablya üzrə milli komandasının üzvləri də iştirak edəcəkdilər.

BrendSport.az saytna Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Hakimov bildirib ki, dünya kubokunun mərhələ turnirinin təxirə salınmasına səbəb koronavirus infeksiyasının yayılması olub.

Qeyd edək ki, bu turnir “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Bundan əlavə, aprelin 3-11-də ABŞ-ın Solt Leyk Siti şəhərindəki yeniyetmə və gənclərin dünya birinciliyi də təxirə salınıb. Bu turnirdə də Azərbaycan təmsilçiləri iştirak edəcəkdilər.

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) koronavirus pandemiyası səbəbindən bütün yarışları bir ay müddətinə dayandırıb. Yarışların yeni vaxtı ilə bağlı məlumat verilməyib. FIE Beynəlxalq Olimpiya Komitəsindən lisenziya turnirləri üçün verilən vaxtın uzadılmasını xahiş edib.


Facebook-da paylaş